"Nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-2020-ci illər ərzində Avropadan Azərbaycana 17 baş zubr gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində təbiətə buraxılıb".
Bunu "Report"a açıqlamasında Şahdağ Milli Parkının direktor müavini Cəlil Rzayev deyib.
O bildirib ki, hazırda parkda olan zubrların sayı 29 başdır: “Zubrların son nəsli Cənubi Qafqazda 1937-ci ildə kəsilib. Təkrar olaraq İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropadan Azərbaycana zubrlar gətirilib. Hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində 29 baş zubr var və təbiətimizə tam olaraq uyğunlaşıb”.