Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır - VİDEO

Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır - VİDEO "Vətəndaşlar aidiyyəti üzrə dövlət yol polisi idarəsinə müraciət etməlidirlər"
Multimedia
18 Avqust , 2017 11:01
Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır - VİDEO

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar, habelə şəhərdə gəzən turistlər üçün çətinliklər yaradır. Rəsmi statistikaya əsasən, yol nəqliyyat hadisələrinin ümumi sayında piyadaların vurulması hadisələri artıb.

Təhlükəli ərazilərdən biri də Bakının mərkəzində, Neftçilər prospektinin sonu, Nobel prospektinin başlanğıcında yerləşir. Çoxzolaqlı, birtərəfli yolda piyada keçidinin olmaması səbəbindən qadınlar, uşaqlar, habelə ölkəmizdə səfərdə olan turistlər Dənizkənarı Bulvara keçmək üçün öz həyatlarını riskə atmalı olurlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında bildirib ki, ümumilikdə piyada keçidinin yollarda təyin edilməsi ilə bağlı DYP əməkdaşları sənədləşmə işi aparır: “Əgər vətəndaşlar da hesab edir ki, onların yollarda hərəkəti ilə bağlı müəyyən çətinlik yaranıb və həmin ərazidə piyada zolaqlarının çəkilməsinə ehtiyac var, bu işlər bitdikdən sonra təyin olunan yerlərdə piyada zolaqları çəkilir”.

V.Əsədov bildirib ki, vətəndaşlar aidiyyəti üzrə dövlət yol polisi idarəsinə müraciət etməlidirlər. Onun sözlərinə görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında yol polisi əməkdaşları həmin əraziyə baxış keçirir və orada piyada zolaqlarının çəkilməsi üçün vəsatət qaldırılır. Qaldırılan vəsatət əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı əsasında həmin əraziyə piyada zolağı çəkilir.

Son xəbərlər

Orphus sistemi