Bakıda avtobusu "şamla axtaran" sakinlər: Əziyyət çəkirik

Bakıda avtobusu "şamla axtaran" sakinlər: Əziyyət çəkirik Bakıda avtobusu "şamla axtaran" sakinlər: Əziyyət çəkirik
Multimedia
4 Aprel , 2024 12:10
Bakıda avtobusu şamla axtaran sakinlər: Əziyyət çəkirik

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Hüseyn Seyidzadə küçəsinin sakinləri ərazidə müntəzəm marşrut avtobusunun olmamasından narazıdırlar.

“Report”un əməkdaşı sakinlərin şikayətinə əsasən, ərazidə olub, onların narazılığını dinləyib.

Avtobus yoxluğundan əziyyət çəkdiklərini deyən sakinlərin sözlərinə görə, sözügedən küçədən əvvəl marşrut xətti keçib, amma sonra ləğv edilib. Hazırda həmin ərazini 85 nömrəli müntəzəm marşrut avtobusu əhatə edir, o avtobus isə ümumi küçə boyunca hərəkət etmir.

Vətəndaşlar məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət ünvanlasalar da, hələlik müsbət cavab almayıblar.

Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ərazini 85 nömrəli müntəzəm marşrut avtobusu əhatə edir və sözügedən küçəni “Memar Əcəmi”, “28 May” metrostansiyaları, eləcə də şəhərin digər əraziləri ilə əlaqələndirir.

"Həmçinin, 9-cu mikrorayonun Mir Cəlal küçəsindən başlamaqla 61, 65, 18 nömrəli marşrut avtobusları həmin ərazini “20 Yanvar”, “Nizami”, “İçərişəhər”, “İnşaatçılar”, “Elmlər akademiyası”, “28 May” metrostansiyaları və şəhərin digər əraziləri ilə əlaqələndirir.

Hazırda bu ərazidən “Əhmədli”, “Gənclik” və “Nəriman Nərimanov” metrostansiyaları istiqamətinə əlavə marşrutun təşkili mövcud marşrutların müxtəlif küçə və prospektlərdə hərəkət sxemini təkrarlayaraq nizamlı fəaliyyətə maneə yaradacağı üçün məqsədəuyğun hesab edilmir", - məlumatda vurğulanıb.

Mövzu ilə bağlı videosüjeti təqdim edirik:

Son xəbərlər

Orphus sistemi