Bakıda 15 yaşlı qızın öldüyü xəstəxanadan REPORTAJ

Bakıda 15 yaşlı qızın öldüyü xəstəxanadan REPORTAJ 15 yaşlı ananın öldüyü xəstəxanadan REPORTAJ
Multimedia
8 Fevral , 2022 17:51
Bakıda 15 yaşlı qızın öldüyü xəstəxanadan REPORTAJ

“Uşaq dünyaya gətirən 15 yaşlı qızın xəstəxanaya gətirilən zaman vəziyyəti ağır idi”.

Bunu “Report”a açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının həkim-ginekoloqu Pərvanə Orucova deyib.

O bildirib ki, xəstənin həyati vacib göstəricilərinin sıfır olduğu müəyyən edildikdə qız xəstəxananın reanimasiya şöbəsinə göndərilib:

“Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstə qısa zaman kəsiyində dünyasını dəyişdi. Anasının və ərinin dediyinə görə, qızın bir gün öncə hamiləliyi pozulub, döl tələf olub. Hamiləliyin kim tərəfindən və hansı formada pozulması ilə bağlı heç bir məlumat yoxdur. Ərinin söylədiyinə görə, bu, 1 saat əvvəl, anasının dediyinə görə isə bir gün öncə olub”.

Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü şəxs ilə ailə həyatı qurubmuş.

Hazırda faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi