Azərbaycan yığması Farer adaları millisini məğlub edib - FOTOREPORTAJ - YENİLƏNİB-4

Azərbaycan yığması Farer adaları millisini məğlub edib - FOTOREPORTAJ - YENİLƏNİB-4 Foto əlavə olunub
Multimedia
17 Noyabr , 2018 23:53
Azərbaycan yığması Farer adaları millisini məğlub edib - FOTOREPORTAJ - YENİLƏNİB-4

Foto əlavə olunub


***22:53

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, Bakı Olimpiya Stadionunda milli komanda Farer Adaları yığmasını 2:0 hesabı ilə məğlub edib.

Görüşdə hesab 18-ci dəqiqə açılıb. Künc zərbəsindən ötürülən topu Dmitri Nazarov qapı istiqəmətinə yönəldib. Rəqib futbolçuya dəyən top istiqamətini dəyişərək, tora daxil olub -1:0.

Matçın 28-ci dəqiqəsində Mahir Mədətov ön plana çıxıb. Gənc futbolçu təxminən 30 metr məsafədən mükəmməl zərbə ilə üstünlüyü 2 topa çatdırıb.

Milli ikinci hissəyə bir əvəzetmə ilə başlayıb. İlk yarının sonunda zədələnən Kamran Ağayevin yerinə qapıya Səlahət Ağayev keçib. Fasilədən sonra oyunun mənzərəsi xeyli dəyişib, sürət aşağı düşüb. Demək olar ki, qapılar önündə ciddi təhlükə yaranmayıb. 71-ci dəqiqədə isə Pavlo Paşayev zədələnərək yerini R.Məmmədova verib. 78-ci dəqiqədə isə R.Dadaşovun əvəzinə meydana daxil olan Mirabdulla Abbasov millidə debüt edib.

Görüşün ən fəallarından olan D.Nazarov 87-ci dəqiqədə qol vurmağa yaxın olsa da, onun zərbəsi qapıya düşməyib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə M.Abdulla Abbasovla T.Xəlilzadə qol şanslarını qaçırıblar. Birincinin zərbəsini qapıçı dəf edib, digəri isə topu qapının üstündən vurub.

Beləliklə, Azərbaycan millisi 2 cavabsız qolla önəmli qələbə qazanaraq xalını 9-a çatdırıb və 2-ci pillədə qalıb.

D liqasının III qrupunda paralel keçən digər oyunda Kosovo səfərdə Maltanı 5:0 hesabı ilə məğlub edib. Bununla da lider xalını 11-ə çatdırıb. Bu isə o deməkdir ki, Azərbaycan millisi qrup qalibi kimi pley-offa vəsiqə qazanmaq üçün noyabrın 20-də Priştinada Kosovonu mütləq məğlub etməlidir.

________________________________________

***21:32

Bakı. 17 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan yığması Bakıda Farer adaları millisi ilə görüşdə hesabı artırıb.

“Report” xəbər verir ki, matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb.

________________________________________

***21:25

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan yığması Bakıda UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirir.

“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edir və oyunda artıq hesab açılıb.

Matçda hələ ki, yeganə qolu millinin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, oyunun 18-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu birbaşa qapıya vurub və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub – 1:0.

Son xəbərlər

Orphus sistemi