Ziyafət Əsgərov Qazaxıstana səfər edəcək

Ziyafət Əsgərov Qazaxıstana səfər edəcək Bakı. 23 noyabr. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 24-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.
Milli Məclis
23 Noyabr , 2018 16:17
Ziyafət Əsgərov Qazaxıstana səfər edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov noyabrın 24-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, birinci vitse-spiker “Astana - qlobal inteqrasiya, təhlükəsizlik və sülh mərkəzi” mövzusunda beynəlxalq parlament konfransına qatılacaq.

Tədbirdə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, regional münaqişələrin həlli istiqamətində beynəlxalq təşəbbüslər və digər məsələlər müzakirə olunacaq.

Səfər noyabrın 26-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi