Xarici dövlətin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq

Xarici dövlətin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq Azərbaycanda xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq.
Milli Məclis
28 Sentyabr , 2022 12:20
Xarici dövlətin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq

Azərbaycanda xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat cəza təyin edilərkən nəzərə alınacaq.

"Report"un xəbərinə görə, bu, sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklikdə əksini tapıb.

Qanunun 83-cü maddəsinə (Məhkumluq) təklif olunan dəyişiklikdə qeyd edilib ki, həm Azərbaycan, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycanda qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və ya cəza təyin edilərkən nəzərə alınacaq.

Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, residiv sözü hüquqi dildə "cəzasını çəkdikdən sonra eyni və ya başqa cinayəti təkrar etmə; təkrar cinayət" deməkdir.

Son xəbərlər

Orphus sistemi