Ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləği artırılır

Ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləği artırılır Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır.
Milli Məclis
27 Oktyabr , 2021 13:45
Ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləği artırılır

Azərbaycanda ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləği artırılır.

"Report"un əldə etdiyi məlumata görə, bunun üçün nəzərdə tutulan məbləğ 200 manata qaldırılır.

Bununla bağlı sənəd yaxın vaxtlarda Milli Məclisdə müzakirə ediləcək.

Xatırladaq ki, ötən il ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının minimum məbləği 170 manat təşkil edirdi.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı hazırda 170 manatdır. Əgər ailədə 8 yaşından kiçik uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir.

Son xəbərlər

Orphus sistemi