TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun növbəti iclası gələn il Qazaxıstanda keçiriləcək

TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun növbəti iclası gələn il Qazaxıstanda keçiriləcək TÜRKPA -nın Qadın Parlamentarilər Qrupunun növbəti iclası gələn il Qazaxıstanda keçiriləcək.
Milli Məclis
5 İyun , 2024 16:08
TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun növbəti iclası gələn il Qazaxıstanda keçiriləcək

TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun növbəti iclası gələn il Qazaxıstanda keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üçüncü iclasında qərar qəbul olunub.

İclas “Qadınlar - TÜRKPA üzv dövlətlərində iqtisadiyyatın onurğa sütunu, sahibkarlığın hərəkətverici qüvvəsi” mövzusuna həsr olunub. Qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız çıxışında bildirib ki, qadınlara sosial həyata daha çox təmas edə bilməsi üçün maksimum səy göstərmək lazımdır.

Onun sözlərinə görə, bu sahədə qurulan inkişaf modelinin davam etdirilməsini təmin etmək olduqca önəmlidir: “Ekosistemin yaradıldığı vaxtda davam etdirilə biləcək üsulları müəyyənləşdirmək də vacibdir. Eyni zamanda ailədən sonrakı mərhələ təhsildir. Mütləq şəkildə qızların oxuması, elmi fəaliyyətlərdə iştirakı, bu sahədə yetişdirilməsi vacibdir. Qadının qərarlığı və iradəsi ilə daha konkret nəticələrə gəlmək inancımız yüksəkdir. Ümumilikdə qadınlar bir araya gəldikcə, bütövləşdikcə uğurlara imza ata biləcəyik”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, bir dövlətin gücü tək onun resursları ilə yox, birbaşa əmək bazarı ilə bağlıdır: “Əmək bazarında həm kişi, həm qadın var. Demoqrafiyada qadınlar üstünlük təşkil edirsə və dövlət əmək bazarında kişilərin gücündən daha çox istifadə edirsə təbii ki, o dövlətin iqtisadi cəhətdən problemləri olar. Mövcud stereotipləri qıraraq qadınların da sahibkarlıqla məşğul olması üçün mövcud qanunvericilik davamlı şəkildə yoxlanılmalı, mükəmməl qanun qəbul edilməli, digər türk dövlətlərinin bu sahədə mövcud təcrübəsi öyrənilməlidir”.

Qırğızıstanın Joqorku Məclisinin üzvü Çolpon Sultanbekova vurğulayıb ki, qadınlar hüquqi cəhətdən müəyyən problemlə üzləşir: “Buna səbəb onların sahibkarlıq bacarıqlarına malik olmamalarıdır. Həmin qadınlar arasında təlimlərin keçirilməsi ilə bizneslərini üzərindəki inkişafa səbəb olmaq olar”.

Tədbirin davamında Qadın Parlamentarilər Qrupunun dördüncü iclasının yeri və tarixi də müəyyənləşib. Belə ki, növbəti iclas 2025-ci ildə Qazaxıstanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi