TÜRKPA-nın Baş katibi: Kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlıq vacibdir

TÜRKPA-nın Baş katibi: Kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlıq vacibdir Müdafiə sənayesində əməkdaşlıq, ortaq hərbi təlimlər, terrorizm və transsərhəd problemlərə qarşı mübarizə həyati əhəmiyyət kəsb edir.
Milli Məclis
15 aprel 2025 12:40
TÜRKPA-nın Baş katibi: Kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlıq vacibdir

Müdafiə sənayesində əməkdaşlıq, ortaq hərbi təlimlər, terrorizm və transsərhəd problemlərə qarşı mübarizə həyati əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Milli parlamentdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.

O qeyd edib ki, hazırda kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə ilə bağlı əməkdaşlıqlar da aktualdır:

"Bunun üçün institusional müstəvidə dialoq və sistemli qarşılıqlı fəaliyyət vacib əhəmiyyət kəsb edir. Bu baxımdan, TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclaslarının müntəzəm əsasda keçirilməyə davam edilməlidir. Bu platformanın ölkələrimiz arasında müvafiq sahədə ortaq gündəliyin və uzunmüddətli strategiyanın formalaşmasına töhfə verəcəyinə inanıram".

Orphus sistemi