“TÜRKPA çərçivəsində sosial sahibkarlıqla bağlı qanun layihəsinin hazırlanması üçün müəyyən ideyalar var”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər Komissiyasının Bakıda keçiriləcək iclası çərçivəsində təşkil olunan "Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: Reallıqlar və perspektivlər" mövzusunda seminarda deyib.
“Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və pesrpektivlər” mövzusunda çıxış edən komitə sədri bildirib ki, belə ideyaların inkişaf etdirilməsi, bütövlükdə TÜRKPA-nın əhatə etdiyi bütün ərazilərdə vahid qanunvericilik bazasının olması sahibkarlıq fəaliyyəti ilə bağlı narazılıqlarla mübarizə aparmağa ciddi töhfə verə bilər.