Sadiq Qurbanov: "Təmiz şəhər" modelinin regionlara daşınmasına ehtiyac var”

Sadiq Qurbanov: "Təmiz şəhər" modelinin regionlara daşınmasına ehtiyac var” "Tullantıların idarə olunması regionlarda zəif gedir. Təmiz şəhər modelini regionlara daşınmasına ehtiyac var”
Milli Məclis
6 Noyabr , 2023 12:53
Sadiq Qurbanov: Təmiz şəhər modelinin regionlara daşınmasına ehtiyac var”

“Tullantıların idarə olunması prosesi regionlarda zəif gedir. "Təmiz şəhər" modelinin regionlara daşınmasına ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O qeyd edib ki, "yaşıl enerji" zonasının yaradılması və bu istiqamətdə hədəflərə nail olunması üçün görüləcək işləri sürətləndirmək lazımdır: “Daha bir problem iqlim dəyişikliklərinin törədəcəyi fəsadlardır. Bu sahə üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait bu illə müqayisədə az artımdır. Vəsait kiçik həcmdə artırılsa da, görülən işlər yerində qalır. Su resurslarından səmərli istifadəni önə çıxarmaq lazımdır. Dünyanı, eləcə də Azərbaycanı təhdidlər gözləyir. Çünki ölkəmiz azsulu ölkələrdəndir. Hətta adambaşına düşən su sərfiyyatına görə bu göstərici bir çox dövlətlərdən dəfələrlə geridə qalır”.

Son xəbərlər

Orphus sistemi