Siyavuş Novruzov: “Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq”

Siyavuş Novruzov: “Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq” Bakı. 23 noyabr. REPORT.AZ/ “Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda, əsasən, kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”.
Milli Məclis
23 Noyabr , 2017 16:43
Siyavuş Novruzov: “Ünvanlı sosial yardım alanları ələbaxımlılıqdan uzaqlaşdırmalıyıq”
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov / Report

Bakı. 23 noyabr. REPORT.AZ/ “Azərbaycanda 1 milyon 300 min pensiyaçı var. Burada bir məsələ diqqəti cəlb edir. Burada da ağır işlər silsiləsi qeyd olunanda, əsasən, kimyəvi zavodlarda və digər yerlədə işləyənlər nəzərdə tutulur ki, bu da işləyənlərin 2-3 faizini əhatə edir. Elə sahələr var ki, onlar nəzərdə tutulmayıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, bu sahədə olan çatışmazlıqlara toxunub: “Əgər kiminsə 50 yaşı varsa və pensiyaya çıxmaq istəyirsə, o, nə qədər asfalt tökməlidir ki, gəlib 65 yaşına çatsın?! Bu baxımdan, onlar başqa yollarla əlillik alıb pensiyaya çıxmalı olurlar”.

Deputat qeyd edib ki, bu cür kateqoriyalı insanların siyahısı hazırlanmalıdır: “Azərbaycanda tikinti sektorunda çalışanların hansı yaşda pensiyaya çıxmağı müəyyənləşməlidir. Müəllimlərlə, alimlərlə birgə tikintidə işləyənlərə də eyni pensiya yaş həddini qoymaq düzgün deyil. Bu təbəqənin hüquqlarını qorumalıyıq”.

S.Novruzov bildirib ki, ünvanlı sosial yardımların əvəzində müəyyən biznes yerləri açıla bilər, bu da yeni iş yerləri hesab olunur: “Bunun üçün maliyyə ayrılmalıdır. Biz onları ələbaxımlılıq sistemindən uzaqlaşdırmalıyıq. Onlar özləri çalışıb pul qazanmalıdırlar. Əks halda ələ baxımılıqla bunun effektivliyi olmayacaq”.

Son xəbərlər

Orphus sistemi