Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib

Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib Bakı. 1 oktyabr. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azadılmasını təklif edib.
Milli Məclis
1 Oktyabr , 2018 12:58
Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib
YAP İcra katibinin müavini Siyavuş Novruzov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azadılmasını təklif edib.

“Report” xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında S.Novruzov deyib ki, 2019-cu ildə bələdiyyə seçkiləri keçiriləcək.

Onun sözlərinə görə, bələdiyyə ilə bağlı kifayət qədər qanun var: “Hesab edirəm ki, bunun təkmilləşməsinə ehtiyac var. Bu, onların fəaliyyəti, səlahiyyəti ilə bağlı deyil, orada say baxımından prosedur qaydasının təkmilləşdirilməsi ilə bağlı olmalıdır. Hazırkı bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Onların sayı azaldılmalıdır, bu, həm də işin çevikliyinə xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi