Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“Report” xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.
Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.
Daha sonra yeni qanun layihəsi ilə bağlı deputatlar təklif və fikirlərini səsləndiriblər.
Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib.
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib.
O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin ikinci oxunuşunda deputatların bəzi təklifləri ilə bağlı məsələlərə aydınlıq gətirib:
“Həmin təkliflərdən sonra yeni qanun layihəsinin 1.1.4-cü və 12.7-ci maddəsində dəyişikliklər edilib. Eyni zamanda siyasi partiya üzvlərindən 5.3, 20.10 maddələrindən identifikasiya tələbi çıxarılır. Çünki deputatlar bunun qanunazidd olduğunu bildirmişdilər. Artıq bu tələb də çıxarılır. 7.3.2-ci maddəsində digər maddələrlə yaranmış ziddiyəti aradan qaldırmaq məqsədilə alınmış sözü, alınarkən sözüylə əvəz edilir. Həmçinin müzakirə zamanı mətn üzrə qərargahın yerləşdirilməsi sözləri qərargahla təmin olunması sözləri ilə əvəz edilib”.
Hazırda MM üzvləri layihə ilə bağlı fikirlərini bildirirlər.