Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndələrin təyin olunması təklif edilir

Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndələrin təyin olunması təklif edilir Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır.
Milli Məclis
2 Dekabr , 2024 12:01
Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndələrin təyin olunması təklif edilir
Azay Quliyev

Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

O, Qərbi Azərbaycana Təşəbbüs Qrupunun bununla bağlı iş aparan xüsusi nümayəndələrinin təyin olunmasını təklif edib:

“Fikrimcə, Təşəbbüs Qrupunun məruzəçisi təyin olunmalı və Qərbi Azərbaycanda törədilən vandalizm cinayətləri sistemləşdirilməlidir. Məruzəçi bu fakt və materialları xarici ölkələrə, parlamentlərə və QHT-lərə təqdim etməlidir".

"Eyni zamanda Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndə seçilə bilər. Bu məsələni, beynəlxalq paktlar, konvensiyalar və digər sənədlərə istinad edərək daim gündəmdə saxlamaq, sırf bunun təbliğatı ilə məşğul olmaq mümkündür”, - A.Quliyev bildirib.

Son xəbərlər

Orphus sistemi