Parlamentin yaz sessiyasının işlər planı təsdiqləndi

Parlamentin yaz sessiyasının işlər planı təsdiqləndi Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.
Milli Məclis
1 Fevral , 2021 11:51
Parlamentin yaz sessiyasının işlər planı təsdiqləndi

Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.

“Report”un xəbərinə görə, qanunvericilik işləri planına daxil edilən qanun layihələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının Milli Məclisi İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar layihəsi;

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsi;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Lombardlar haqqında” qanun layihəsi;

7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi;.

9. “Təhsil kreditləri haqqında” qanun layihəsi;

10. “Turizm haqqında” qanun layihəsi;.

11. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

12. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;

13. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Müzakirələrdən sonra Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi