Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (
“Report” xəbər verir ki, bu, Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.
Məruzədə bildirilib ki, dövlət qulluqçularının sosial təminat hüququnun səmərəli təmin edilməsi üçün dövlət qulluğunda xidmət illərinin minimum həddi kimi müəyyən edilən qulluq stajının 15 ildən 10 ilə endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyə ehtiyac var.
Sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara, ümumilikdə, 30 ildən az olmamaqla qulluq edən kişilərin 60, 25 ildən az olmamaqla qulluq edən qadınların isə 55 yaşına çatdıqda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər qrupuna aid edilməsi məqsədilə "Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə əlavələr olunması təklif edilib.