Milli Məclis Oqtay Əsədovun iclaslara gəlməməsi barədə iddialara münasibət bildirib

Milli Məclis Oqtay Əsədovun iclaslara gəlməməsi barədə iddialara münasibət bildirib "İndiyədək İntizam Komissiyasına, Milli Məclisin sədri tərəfindən deputat Oqtay Əsədovun Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etməməsi ilə əlaqədar parlamentdaxili məsuliyyətə cəlb olunması ilə bağlı m
Milli Məclis
310
18 Yanvar , 2022 18:30
Milli Məclis Oqtay Əsədovun iclaslara gəlməməsi barədə iddialara münasibət bildirib

"İndiyədək İntizam Komissiyasına, Milli Məclisin sədri tərəfindən deputat Oqtay Əsədovun Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etməməsi ilə əlaqədar parlamentdaxili məsuliyyətə cəlb olunması ilə bağlı müraciət daxil olmayıb".

Bunu "Report"un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov bildirib.

Onun sözlərinə görə, əgər Milli Məclisin deputatı xaricdə ezamiyyətdə olarsa, xəstəliklə əlaqədar iclaslarda iştirak edə bilmərsə və ya bu kimi oxşar səbəblər olarsa, bunlar üzrlü səbəblər hesab edilir.

Komissiya katibi qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin tələblərinə əsasən, Milli Məclisin deputatı Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə parlamentdaxili məsuliyyətə cəlb olunur:

"İntizam Komissiyasının bu istiqamətdəki fəaliyyəti ilə bağlı bildirirəm ki, parlamentdaxili məsuliyyətə cəlb olunan deputata intizam tədbirlərinin tətbiqi qaydasının tələblərinə əsasən, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə, deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir".

Son xəbərlər

Orphus sistemi