Yuxarı

Milli Məclisin sədr müavini Parlamentlərarası İttifaqın Baş Assambleyasında iştirak edəcək

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov

Bakı. 12 oktyabr. REPORT.AZ/ Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və deputat Kamran Bayramov Parlamentlərarası İttifaqın 139-cu Baş Assambleyasında iştirak etmək üçün oktyabrın 14-dən 17-dək İsveçrədə səfərdə olacaqlar.

Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Cenevrə şəhərində keçiriləcək toplantıda “Texnoloji dəyişiklik və innovasiya dövründə sülh və inkişafın təşviqində parlamentlərin rolu” mövzusunda müzakirələr keçiriləcək.

Assambleya çərçivəsində qurumun Dayanıqlı inkişaf və ticarət, Demokratiya və insan haqları, Sülh və beynəlxalq təhlükəsizlik, BMT məsələləri üzrə daimi komitələrinin iclasları və debatlar olacaq.

Burada Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun Parlamentlərarası Assambleya İttifaqının baş katibi Martin Çunkonqla görüşü nəzərdə tutulub.

Səfər zamanı Gənc Parlamentarilərin Forumu keçiriləcək. Deputat Kamran Bayramov forumda iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi