Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündələyinə 19 məsələ daxildir
Milli Məclis
13 Fevral , 2018 12:01
Milli Məclisin plenar iclası başlayıb
Milli Məclis / Report

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündələyinə 19 məsələ daxildir.

İclasda "Konstitusiya Məhkəməsi haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Elektrik və istilik stansiyaları haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunlarına və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik layihələrinə baxılacaq.

Deputatlar yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" (ilk oxunuş) qanun layihəsini, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini, Ramiz Rzayevin Ali Məhkəmənin, Qasım Əliyevin isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi