Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb İclasın gündəliyinə 19 məsələ daxildir
Milli Məclis
29 Dekabr , 2017 12:02
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, Oqtay Əsədov sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

Bunlar “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Banklar haqqında”, "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" və.s qanunlara, o cümlədən Gömrük, Miqrasiya məcəllələrinə əlavə dəyişikliklər layihəsidir.

Bundan başqa, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılacaq, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında” qanun layihəsinə baxılacaq.

Sonda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunacaq.

Bununla da parlamentin payız sessiyası başa çatacaq, deputatlar tətilə çıxacaq. Tətil yanvarın 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi