Milli Məclisin AXC-nin 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasın vaxtı məlum olub

Milli Məclisin AXC-nin 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasın vaxtı məlum olub Xüsusi iclasda xarici ölkələrdən dəvət edilən qonaqlar da iştirak edəcəklər
Milli Məclis
26 Yanvar , 2018 13:34
Milli Məclisin AXC-nin 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasın vaxtı məlum olub
Milli Məclis / Report

Bakı. 26 yanvar. REPORT.AZ/ Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirəcəyi xüsusi iclasın vaxtı məlum olub.

“Report”un xəbərinə görə, iclas bu il iyun ayının 8-də baş tutacaq.

Xüsusi iclasda xarici ölkələrdən dəvət edilən qonaqlar da iştirak edəcəklər. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib. 

Dövlət başçısı bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi