Azərbaycanda əhalisinin sayı üç mindən az olan kəndlərin bələdiyyələri birləşdirilir - YENİ LAYİHƏ

Azərbaycanda əhalisinin sayı üç mindən az olan kəndlərin bələdiyyələri birləşdirilir - YENİ LAYİHƏ Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.
Milli Məclis
23 Fevral , 2024 12:27
Azərbaycanda əhalisinin sayı üç mindən az olan kəndlərin bələdiyyələri birləşdirilir - YENİ LAYİHƏ

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub.

“Report” xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunverici orqanın fevralın 23-də keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.

S.Novruzov bildirib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır: “Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

Son xəbərlər

Orphus sistemi