Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar bəyanatın qəbul edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Milli Məclis
5 Noyabr , 2022 11:07
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq

Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar bəyanatın qəbul edilməsi məsələsi müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, qanunverici orqanın sədri Sahibə Qafarova bildirib ki, 8 noyabr Zəfəri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Silahlı Qüvvələrimizin döyüş əzminin və peşəkarlığının, “dəmir yumruğa” çevrilmiş milli birliyimizin nəticəsi olub.

Sədr qeyd edib ki, Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib: "Bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni - bərpa və quruculuq dövrünü yaşayır. Vandalların viran qoyduğu yaşayış məntəqələri bərpa olunur, infrastruktur yenidən yaradılır, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır. İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vaxtaşırı bölgəyə səfərlər edir, aparılan işlərə gündəlik diqqət göstərir və nəzarət edirlər". 

S.Qafarova deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqlarına başlamağa şərait yaradıb: "Biz Ermənistanı danışıqlar prosesində sülh prosesini poza bilən hərəkətlərdən çəkinməyə çağırırıq. Əminik ki, Ermənistan tərəfindən məsuliyyətli münasibət nümayiş etdirilərsə, iki dövlət arasında sülh müqaviləsi qısa müddətdə imzalana bilər. Təklif edirəm ki, Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq". 

Deputatlar bu təklifi alqışlarla qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi