Milli Məclis ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

Milli Məclis ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib Bakı. 5 oktyabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis
5 Oktyabr , 2018 13:17
Milli Məclis ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib
Report.az

Bakı. 5 oktyabr. REPORT.AZ/ Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, Məcəlləyə yeni - 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunub.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi