Laçın, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir

Laçın, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir Füzuli, Cəbrayıl və Laçının bəzi kəndləri Xocavənd rayonunun təkibinə verilir.
Milli Məclis
24 Noyabr , 2023 11:37
Laçın, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir

Laçın, Füzuli və Cəbrayılın bəzi kəndləri Xocavəndin tərkibinə verilir.

"Report"un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.

Son xəbərlər

Orphus sistemi