“Azərbaycan parlamenti təşkilata sədrliyi dövründə öz səylərini göstərəcək. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Pakistandan Azərbaycana keçib”.
“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, pandemiya ilə mübarizə və onun nətciələrinin aradan qaldırılması üçün səylərin göstərilməsi vacib idi:
“Azərbaycan pandemiyadan ən çox zərər çəkən ölkələrə yardım göstərib. İndi biz növbəti addımlara hazır olmalıyıq”.
Qeyd edək ki, tədbirdə İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edirlər.