Hesablama Palatası üzvlərinin sosial müdafiəsi gücləndirilir

Hesablama Palatası üzvlərinin sosial müdafiəsi gücləndirilir Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Milli Məclis
29 Mart , 2019 12:48
Hesablama Palatası üzvlərinin sosial müdafiəsi gücləndirilir
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.

“Report” xəbər verir ki, dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Deputatlar layihəni müzakirə etdikdən sonra səsverməyə çıxararaq qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi