"TÜRKPA-nın Azərbaycanın haqq işinə dəstək verəcəyini düşünürük".
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası zamanı deyib.
O, son illər TÜRKPA-ya üzv olan dövlətlərin qardaşlığının, birliyinin müşahidə edildiyini və bunda Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunun olduğunu vurğulayıb.
Ə.Hüseynli xatırladıb ki, azərbaycanlı ekofəallar 85 gündür Laçın-Xankəndi yolunda ətraf mühitin çirkləndirilməsinə qarşı öz etirazlarını bildirirlər: "Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də TÜRKPA-ya üzv dövlətlərin Azərbaycanın haqq işinə dəstək verəcəyini düşünürük. Fikrimcə, sözügedən məsələ bugünkü iclasda müzakirə ediləcək".