Deputat: “Rus sektoruna gedən uşaqların sayının ilbəil artması məni narahat edir”
Milli Məclis
- 04 dekabr, 2018
- 09:29
Deputat Gövhər Baxşəliyeva
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 dekabr. REPORT.AZ/ “İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?”
“Report”un xəbərinə görə, bunu Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva deyib.
O, rus dilinə qarşı olmadığını qeyd edib: “Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar”.
Son xəbərlər
18:06
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
17:59
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Digər ölkələr
17:43
Rafinya Messinin uğurunu təkrarlayıb
Futbol
17:34
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Region
17:16
Yeddi OPEC+ ölkəsi dekabrda neft hasilatına dair kvotaları saxlayıb
Digər ölkələr
17:04
Fransada iğtişaşlar zamanı 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
16:55
"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib
Futbol
16:40
İranda COVID-19-a yoluxma artır
Region
16:27
Niderland Ukraynaya "Patriot" ZRK sistemləri üçün raketlərin tədürükün sürətləndirmək istəyir
Digər ölkələr