"Minatəmizləmə işləri ilə məşğul olan şəxslərin həyati sığorta məsələsində müstəsna qaydalar qəbul edilməlidir".
“Report”un məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa parlamentin bugünkü iclasında çıxış edib.
“Mina təmizlənməsi ən çətin sahələrdən biridir. Hesab edirəm ki, onlara yubiley medalları verməkdən əlavə, həyati sığorta məsələsində müstəsna qaydaların qəbulu önəmlidir. Çünki onların həyatları daim təhlükə altındadır”, - deputat əlavə edib.