Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyət aradan qaldırılır

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyət aradan qaldırılır Bu qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək
Milli Məclis
22 Dekabr , 2017 15:14
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyət aradan qaldırılır

Bakı. 21 dekabr. REPORT.AZ/ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda Parlamentin “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərarında dəyişiklik layihəsinə baxılıb.

Dəyişikliklərə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində” sözləri isə “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilir. Bu isə Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı məhdudiyyətin (dörd taqımı) aradan qaldırılması anlamına gəlir. 

Bu qərar 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi