Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək - YENİLƏNİB

Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək - YENİLƏNİB Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək
Milli Məclis
4 Aprel , 2023 13:29
Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək - YENİLƏNİB

Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək.

"Report"un xəbərinə görə, məsələ Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

10:11

Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək

"Report"un xəbərinə görə, bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni 20-3.5-ci maddə əlavə edilir.

Yeni maddəyə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.

Qanuna təklif olunan digər dəyişikliklə isə səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə biləcək.

Dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi