"Qarabağ" komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib

Futbol
  • 03 noyabr, 2026
  • 10:30
Qarabağ komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib

"Qarabağ" komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasından məlumat verilib.

"Neftçi" (3:3), "Sabah" və "Qəbələ" (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib.

11 qat ölkə çempionu 2015/2016 mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında "Zirə" (0:0), "Sumqayıt" (2:2) və "Qəbələ"yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.

Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək "Neftçi" "Sabah" (0:0), "Qarabağ" (3:3) və "Turan Tovuz" (1:1) ilə görüşlərdən sülhlə ayrılıb.

44 filmi