Yuxarı

Rövşən Rzayev məcburi köçkün jurnalistlərlə görüşüb

Rövşən Rzayev məcburi köçkün jurnalistlərlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Aprel döyüşləri şəhidlərinin valideynləri və məcburi köçkün jurnalistlərlə görüş keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşün Aprel döyüşlərinin üçüncü ildönümünə təsadüf etdiyini, bu döyüşlərdə Azərbaycan Ordusunun qazandığı zəfərin tarixi hadisə olduğunu, dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini bütün dünyaya göstərdiyini bildirib.

Şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Sonra Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində görülən işlər, bu kateqoriyadan olan vətəndaşların sosial prolemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. İndiyədək məcburi köçkünlər üçün 102 qəsəbə salınıb və hazırda yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yeni mənzillərin hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə birinci növbədə verilməsi barədə tapşırığı icra edilir. Bundan başqa, şəhid ailəsi, müharibə əlili və veteranı statusu olan məcburi köçkünlərin də mənzil probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılır. Son vaxtlar Abşeron rayonu ərazisində və Sumqayıtda istifadəyə verilən yaşayış komplekslərində 200-dən çox məcburi köçkün olan şəhid ailəsi yeni mənzillə təmin olunub.

Şəhid valideynləri Seyfəddin Qurbanlı, Nigar Əzizzadə, Ziba Əsgərova bir gün əvvəl Dağlıq Qarabağın ərazisindəki Şıxarx qəsəbəsində Aprel şəhidlərinin şərəfinə keçirilən ağacəkmə aksiyasında iştirak etdiklərindən razılıqla söz açıb, belə bir təşəbbüsə görə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə İctimai Şuranın üzvləri - Elşad Eyvazlı, Umud Mirzəyev, Emin Həsənli, məcburi köçkün jurnalistlərdən İmdad Əlizadə, Günay Malikqızı, Zaur Əhməd, Elməddin Muradlı, Namiq Mailov çıxış ediblər.

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı məsələlərin KİV-də işıqlandırılması ilə bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi