Komitədən "Report"a verilən məlumata görə, görüşdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri
Şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Sonra Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində görülən işlər, bu kateqoriyadan olan vətəndaşların sosial prolemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, Prezident
Şəhid valideynləri Seyfəddin Qurbanlı, Nigar Əzizzadə, Ziba Əsgərova bir gün əvvəl Dağlıq Qarabağın ərazisindəki Şıxarx qəsəbəsində Aprel şəhidlərinin şərəfinə keçirilən ağacəkmə aksiyasında iştirak etdiklərindən razılıqla söz açıb, belə bir təşəbbüsə görə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə İctimai Şuranın üzvləri - Elşad Eyvazlı, Umud Mirzəyev, Emin Həsənli, məcburi köçkün jurnalistlərdən İmdad Əlizadə, Günay Malikqızı, Zaur Əhməd, Elməddin Muradlı, Namiq Mailov çıxış ediblər.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı məsələlərin KİV-də işıqlandırılması ilə bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.

