Yuxarı

“Pakistan Observer” Xocalı soyqırımından yazdı

​“Pakistan Observer” qəzeti Xocalı soyqırımından yazdı

Pakistanın “Pakistan Observer” qəzetində Muhammad Şeharyar Javedin müəllifi olduğu “Azərbaycan vətəndaşlarına qarşı Xocalı soyqırımı” sərlövhəli məqalə dərc olunub.

“Report”un məlumatına görə, müəllif Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı faciəsindən bəhs edib. 

O, soyqırımın Ermənistanın Azərbaycana qarşı aqressiv siyasətinin və əslində münaqişə zəmininin daha öncədən - Naxçıvan, Zəngəzur və Qarabağdan mərhələli şəkildə başladıldığını qeyd edib. Müəllif vaxtilə Ermənistana verilən, lakin əzəli Azərbaycan torpağı olan Zəngəzurun adının Syunik olaraq dəyişdirildiyini və hazırda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı ayıran Ermənistanın cənub bölgəsinə qatıldığını diqqətə çatdırıb.

Müəllif Ermənistan ordusu tərəfindən törədilmiş soyqırım nəticəsində 613 günahsız Xocalı sakininin, günahsız qadın, qoca və uşaqların bir gündə qətlə yetirildiyini və bu soyqırımın insanlığa qarşı cinayət olduğunu diqqətə çatdırıb.

Məqalədə Xocalı soyqırımı ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatı və digər böyük beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçı ölkə kimi tanıyaraq Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsini tələb edən müxtəlif qətnamə və sənədlər qəbul etdiyi qeyd olunub.

Müəllif Azərbaycanın dünya miqyasında artan nüfuzundan da bəhs edərək bu ölkənin öz ərazi bütövlüyünü hərbi qüvvələri vasitəsilə həll etməyə qadir olduğunu vurğulayıb və Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edərək beynəlxalq təşkilatların münaqişədə aktiv şəkildə rol oynamasının vacibliyini ifadə edib.

Məqalədə, həmçinin Azərbaycanın tarixinə qısa nəzər salınaraq 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından da bəhs edilib, 1920-ci ildə Azərbaycanın SSRİ tərəfindən işğal olunması və 1991-ci ildə isə bu ölkənin yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanıb. Məqalədə eləcə də Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşdiyinə toxunularaq, ölkənin şimal-cənub, şərq-qərb arasında dəhliz rolu oynamasının bu ölkəyə sadəcə regionda deyil, eləcə də dünya miqyasında böyük əhəmiyyət qazandırdığından bəhs edilib. Azərbaycanın neft və qaz ilə zəngin olduğu və bu təbii sərvətlərin ölkənin inkişafına və iqtisadiyyatının böyüməsinə öz töhfələrini verdiyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi