MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib

MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) elan etdiyi müsabiqənin nəticəsi məlum olub.
Media
23 Aprel , 2019 15:54
MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) elan etdiyi müsabiqənin nəticəsi məlum olub.

“Report” xəbər verir ki, MTRŞ-nın bu gün keçirilən iclasında açıqlanan nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir (Real TV).

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün müddətsiz lisenziya verib.

Xatırladaq ki, bu il martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və RTV Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Tеlеviziya və Radiо Şurasına müraciət etmişdi.

Son xəbərlər

Orphus sistemi