“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib Audiovizual Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib.
Media
19 Sentyabr , 2024 11:26
“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib

Audiovizual Şurasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib.

"Report" xəbər verir ki, seminar Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planı çərçivəsində təşkil olunub.

Tədbirin məqsədi audiovizual media subyektlərinin sözügedən mövzuya dair maarifləndirilməsi işinin gücləndirilməsi və bu istiqamətdə görülmüş işlərin nəticələrinin ictimaiyyətə çatdırılmasıdır.

Tədbirdə Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, audiovizual yayımçıların proqram və efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak edib.

Sonda tədbirin sual-cavab sessiyası keçirilib.

Media subyektləri səlahiyyətli nümayəndələrə və digər məsul şəxslərə mövzu ilə bağlı öz suallarını ünvanlayıblar.

Foto: Ehtiram Cəbiyev

Son xəbərlər

Orphus sistemi