Bakı. 24 dekabr. REPORT.AZ/ “Hələ özümüzdən tam razı deyilik. Müsbət tərəflərimizi bilirik, amma onu da bilirik ki, hələ imkanlar çoxdur, daha faydalı olmaq üçün çalışmalıyıq. Efir dəryadır, burda çox şey etmək olar. Əgər əlimizdə imkan varsa, efirdən düzgün istifadə etmək lazımdır. Hər şey daha mükəmməl olmalıdır”.
Bunu “Report”a açıqlamasında bu gün 3 yaşı tamam olan “ASAN Radio”nun direktoru Emin Musavi deyib.
O xatırladıb ki, “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur: “ASAN Radio” yalnız “ASAN Xidmət”in radiosu deyil, vətəndaşlara xidmət göstərən bütün qurumların radiosudur”.
Direktorun sözlərinə görə, dinləyicilərin onlara ünvanladığı çətin suallara da asan cavab tapmağa çalışırlar: “Radionun dövlət qurumları ilə çox geniş əməkdaşlığı var, sosial layihələr də edirik. Çalışırıq müasir standartlara, dünyada qəbul olunmuş qaydalara uyğun işləyək, dinamik olaq, dinləyicini çox yormayaq, keyfiyyətli musiqi verək, lazım olan məlumatları lakonik çatdıraq, prioritetləri isə müxtəlif vaxtlarda təkrarlayaq. “ASAN Radio” sosial mediaya da inteqrasiya olunub. “ASAN Radio”nun ötən üç ilə ərzində seçilən radiolardan birinə çevrilməsi bizim uğurumuzdur”.
E.Musavi bildirib ki, radio açılan gündən Prezidentin köməkçisi, Baş nazirin müavini, nazirlər, qurum rəhbərləri onların qonağı olub və bu ənənə növbəti ildə də davam etdiriləcək: “Bu il “QəbuldASAN” verilişində qonaq olan rəsmilərdən bir çoxu maraqlı çıxışları ilə yadda qaldı. Bu il yaddaşımızda xoş xatirələrlə qalan şəxslərdən biri Tibb Universitetinin rektoru oldu. Gəray Gəraybəyli tənqidə açıq adamdır. Radionun qonağı olarkən tələbələrdən gələr bütün sualları açıq cavablandırmağa, bəzi sualların cavablarını obyektiv və subyektiv səbəblərlə əsaslandırmağa çalışdı. Mədəniyyət naziri
O deyib ki, “ASAN Radio”da ildən-ilə işçilərin sayı artır: “Bizim müəyyən proyektlərimiz, əməkdaşlıqlarımız var. Hesab edirik ki, hər bir sahənin peşəkarı var. Həmin peşəkarlar daimi işçimiz olmasa da, onları ekspert və əməkdaş çərçivəsində aparıcı kimi dəvət edirik”.
Direktor onu da edib ki, radio ölkənin 75 faizində yayımlanır: “Radio 24 saat işləyir. Səhər saat 7-dən axşam saat 21-dək isə fəal iş prosesi olur. Digər saatlarda da radio işləyir, məlumatlar verilir, lakin gecə saatlarında əsasən musiqiyə yer veririk”.