Şuşa Qlobal Media Forumunda "Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu" adlı ilk sessiya başlayıb.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, sessiyada "Medianın gələcəyi: ənənəvi media üçün növbəti addımlar" və "Rəqəmsal transformasiya diqqət mərkəzində" mövzusunda interaktiv müzakirələr aparılır.
Kanadalı amerikan jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Wolfe, "Forward Thinking" şirkətinin həmtəsisçi və direktoru Oliver McTernan, “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”nin rəhbəri Azər Xəlilov və Qlobal Siyasət İnstitutunun rəhbəri, professor Paolo von Schirach dünyada və fəaliyyət göstərdikləri ölkələrdə medianın mövcud vəziyyəti, ənənəvi medianın hazırkı mövqeyi barədə danışırlar.