Şura sədri: Televiziyalarda ailə-məişət proqramlarının vaxtına müdaxilə edə bilmərik

Media
  • 14 fevral, 2025
  • 07:53
Şura sədri: Televiziyalarda ailə-məişət proqramlarının vaxtına müdaxilə edə bilmərik

Audiovizual Şura televiziyalarda ailə-məişət mövzularında yayımlanan proqramların vaxtına müdaxilə edə bilməz.

“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, müdaxilə qanun pozuntusudur:

“Biz yalnız tövsiyə verə bilərik. Ancaq ötən illə müqayisədə bu verilişlərlə bağlı tənqidlər bir qədər azalıb".