Sumqayıt Bələdiyyəsinə mətbuat katibi təyin edilib

Sumqayıt Bələdiyyəsinə mətbuat katibi təyin edilib Sumqayıt Bələdiyyəsinə mətbuat katibi təyin edilib.
Media
17 Noyabr , 2023 10:40
Sumqayıt Bələdiyyəsinə mətbuat katibi təyin edilib
Səbuhi Allahverdizadə

Sumqayıt Bələdiyyəsinə mətbuat katibi təyin edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu vəzifə 44 günlük Vətən müharibəsinin şəhidi Elnur Allahverdizadənin qardaşı Səbuhi Allahverdizadəyə həvalə olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində topçu olaraq könüllü iştirak edib. O, Ağdam və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

E.Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Son xəbərlər

Orphus sistemi