Şöbə rəisi: "Rəqəmli televiziya yayımının zəif olduğu yerlərdə əlavə ötürücülər quraşdırılır"

Şöbə rəisi: "Rəqəmli televiziya yayımının zəif olduğu yerlərdə əlavə ötürücülər quraşdırılır" Zöhrə Əfəndiyeva: "Gələn müraciətlər nəzərə alınmaqla ən optimal məkanlar seçilir"
Media
28 Dekabr , 2016 12:33
Şöbə rəisi: Rəqəmli televiziya yayımının zəif olduğu yerlərdə əlavə ötürücülər quraşdırılır

Bakı 28 dekabr. REPORT.AZ/ "Azərbaycanda rəqəmli televiziya yayımının zəif olduğu yerlərdə əlavə ötürücülər quraşdırılır".

Bunu "Report"a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva bildirib. 

O qeyd edib ki, hazırda ölkə ərazisində analoq televiziya yayımı tamamilə dayandırılıb və rəqəmli yayım təmin edilib.

Şöbə rəisinin sözlərinə görə, Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə bağlı yaradılan "Qaynar xətt"ə 52 mindən çox müraciət daxil olub: "Müraciətlərin əksəriyyəti paytaxt sakinləri tərəfindən edilib. Düzdür, son zamanlar müraciətlər azalıb. Hətta Bakı və Abşeron ərazisində analoq televiziya yayımı noyabrdan dayandırılsa da, hələ də əhalidən dekoderlərin haradan alınması, necə quraşdırılması barədə müraciətlər daxil olur. Həmçinin, bölgələrdən də zənglər gəlir. Əhalidən gələn müraciətlər də nəzərə alınmaqla yerlərdə monitoqinqlər keçirilir və yayımın nisbətən zəif olduğu ərazilər müəyyənləşdirilir. Bundan sonra uyğun yerlərdə əlavə ötürücülərin quraşdırılması istiqmətində işlər aparılır. Hazırda yayımda problemlərin yaşanması ilə bağlı cənub bölgəsindən daha çox müraciət daxil olur. Bu da onların sərhəd zonasında yerləşməsindən irəli gəlir".

Z.Əfəndiyeva deyib ki, sərhəd bölgələrinə daha güclü ötürücülərin quraşdırılması beynəlxalq qaydalara ziddir: "Regionlarda ötürücülər quraşdırılarkən beynəlxalq qaydalar nəzərə alınır".

Son xəbərlər

Orphus sistemi