Sektor müdiri: “Media subyektlərində İT mütəxəssis çatışmazlığı var”

Media
  • 14 may, 2025
  • 11:08
Sektor müdiri: “Media subyektlərində İT mütəxəssis çatışmazlığı var”
Elmir Vəlizadə

Azərbaycandakı media subyektlərində informasiya texnologiyaları (İT) üzrə mütəxəssislərlə bağlı müəyyən çatışmazlıq var.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda tədbirdə bildirib.

"İlkin məlumatlara əsasən, media subyektlərinin hamısında İT mütəxəssislərlə tam təminat yoxdur, bəzi hallarda çatışmazlıqlar müşahidə olunur. Bu, müəyyən qədər gözlənilən haldır. Lakin bu suallara birlikdə cavab tapmalı və çalışmalıyıq ki, mediamızın fəaliyyətində texnoloji səbəbdən heç bir problem yaranmasın. Kontent məsələləri redaksiyaların daxili siyasətidir və hər bir media qurumu bunu özü tənzimləyir. Amma texnoloji təminat məsələsində birlikdə fəaliyyət göstərməli, qarşılıqlı dəstək göstərməliyik. Əgər ehtiyac olarsa, bu istiqamətdə əlavə təlimlər də təşkil edilə bilər. Biz belə təlimləri keçirməyə hazırıq”, - deyə E. Vəlizadə qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti