Rusiyanın “Pervıy Kanal” televiziyası özəlləşdirilir

Rusiyanın “Pervıy Kanal” televiziyası özəlləşdirilir Rusiya prezidenti Vladimir Putin “Pervıy Kanal” televiziyası ilə bağlı fərman imzalayıb.
Media
487
23 Dekabr , 2020 01:09
Rusiyanın “Pervıy Kanal” televiziyası özəlləşdirilir

Rusiya prezidenti Vladimir Putin “Pervıy Kanal” televiziyası ilə bağlı fərman imzalayıb.

“Report” un məlumatına görə, fərmana əsasən, “Pervıy Kanal” səhmdar cəmiyyətinin maliyyə sabitliyini artırmaq üçün əlavə səhm emissiyası həyata keçiriləcək və qeyri-dövlət səhmdarlarına satılacaq. Dövlətin payı (51 faiz) ən azı 34 faizə endiriləcək.

Fərmandan deyilir ki, Nazirlər Kabineti üç ay ərzində nizamnamə kapitalının artırılması və kanalın qeyri-dövlət səhmdarlarının siyahısını tərtib etmək, habelə dövlətin və digər səhmdarların paylarının ölçüsünü müəyyənləşdirmək üçün tədbirlər görməlidir.

“TASS”ın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prezidentin köməkçisi Maksim Oreşkin “Pervıy Kanal” televiziyasının direktorlar şurasına yeni sədr təyin olunub.

Son xəbərlər

Orphus sistemi