"Roskomnadzor"un Oxu.Az-a tuşlanmış qanunsuzluğu: Sayt Rusiyada bloklandı

"Roskomnadzor"un Oxu.Az-a tuşlanmış qanunsuzluğu: Sayt Rusiyada bloklandı Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub.
Media
27 Mart , 2022 14:08
Roskomnadzorun Oxu.Az-a tuşlanmış qanunsuzluğu: Sayt Rusiyada bloklandı

Oxu.Az saytına Rusiya ərazisində blok qoyulub.

"Report" xəbər verir ki, bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.

Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur.

Qeyd edək ki, Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan Oxu.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun belə addım atması olduqca qərəzli və qanunsuzdur.

Xatırladaq ki, Oxu.az iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Oxu.az saytı həm Roskomnadzoru, həm də Azərbaycanın Rusiyadakı Səfirliyini məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsi istəyir. Ən azından yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat verilməsi tələb edilir: "İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq".

Son xəbərlər

Orphus sistemi