Parlament Jurnalistlər Birliyi “Şirməmməd Hüseynov mükafatı” təsis edib

Parlament Jurnalistlər Birliyi “Şirməmməd Hüseynov mükafatı” təsis edib Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.
Media
133
21 İyul , 2019 19:11
Parlament Jurnalistlər Birliyi “Şirməmməd Hüseynov mükafatı” təsis edib

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.

“Report” xəbər verir ki, toplantıda jurnalistika sahəsində baş verən yeniliklər, xüsusilə yeni medianın üstünlükləri ilə yanaşı mənfilikləri müzakirə olunub.

Müzakirələrdə Şirməmməd Hüseynovun vəfatını mətbuat tariximizin ən böyük itkilərindən biri kimi dəyərləndirilib. Toplantının sonunda “Şirməmməd Hüseynov mükafatı”nın təsis edilməsi barədə qərar qəbul olunub.

Mükafatın Əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi