Bakı. 10 noyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Çexiyaya səfərə gedib.
Bu barədə "Report"a MTRŞ-ın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.
O bildirib ki, səfərdə məqsəd Avropa Şurası və Avropa Yayım Birliyi tərəfindən Praqa şəhərində keçiriləcək “İctimai media və demokratiya” adlı beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda ictimai media ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.